Qabırğası sınan azərbaycanlı cüdoçusu üç ay müalicə alacaqbackend

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində zədələndiyi üçün təsəlliverici qarşılaşmaya çıxmayıb.

İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistlərə açıqlamasında bildirib:

“Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarımçıq dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici qarşılaşmaya də çıxmadı. İki-üç ay müalicə alacaq”.