Qazaxıstanda 5-ci Dünya Köçəri Oyunları başlayırbackend

“Dünyada ənənəvi idman növlərinin olimpiadası” kimi iki ildən bir keçirilən 5-ci Ümumdünya Köçəri Oyunları bu gün Qazaxıstanın paytaxtı Astanada baş tutacaq və sentyabrın 13-dək davam edəcək.

İctimai.az xəbər verir ki, ilk 3-ü Qırğızıstanın Çolpan Ata şəhərində, 4-ü isə İznikdə təşkil edilən 5-ci Dünya Köçəri Oyunları 21 ənənəvi idman növündə, xüsusilə at belində oynanan oyunlarda keçiriləcək. Turnir üçün ümumilikdə 7 obyekt hazırlanıb. 10 hektar ərazidə köçəri həyat tərzində dizayn edilmiş böyük “Etno kənd” salınmışdır.

90-a yaxın ölkədən 2 mindən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da çıxış edir.