Qəzada yaralanmış FHN-in sürücüsü vəfat etdibackend

Avtomobil qəzasına düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) sürücüsü vəfat edib.

“Report” xəbər verir ki, hadisə Oğuz rayonunun Sincan kənd ərazisində qeydə alınıb.

Belə ki, yanvarın 14-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayonu DYMH-də sürücü kimi çalışan Aslan Umarov rayon ərazisində avtomobil qəzasına düşüb.

O, yanvarın 17-də saat 12 radələrində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.