Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları ABŞ-dan Rusiyaya 300-dən çox silah-sursat tədarük edən qrupu zərərsizləşdirib.
Bu barədə TASS Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, MTN ABŞ-Qırğızıstan-Rusiya marşrutu üzrə silah, sursat və hərbi texnikanın qeyri-qanuni dövriyyəsi və qaçaqmalçılığı üçün stabil kanal yaradan transmilli qrup müəyyən edib.
2022-ci ildən bəri Qırğızıstan vasitəsilə Rusiyaya 300 ədəd odlu silah daşınıb. İdarədən onu da qeyd ediblər ki, silah qaçaqmalçılarının əsas müştəriləri kriminal aləmin nümayəndələri olub.