Qırğızıstanda yeni dövlət himni üçün müsabiqə keçirilirbackend

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkənin yeni dövlət himninin mətni və kompozisiyasına dair müsabiqəyə start verildiyini elan edib.

Dövlət himninin dəyişdirilməsi ilə bağlı yaradılmış komissiyanın iclası keçirilib.

Ölkənin aparıcı bəstəkar, şair və yazıçılarının iştirak etdikləri iclasda müsabiqənin keçirilmə qaydası və təşkili təsdiq edilib. Müvafiq olaraq, müsabiqənin qalibi 1 milyon 500 min som pul mükafatı ilə təltif olunacaq.

İkinci yerin qalibi 1 milyon, üçüncü yerin qalibi 500 min, dördüncü və beşinci yerlərin qaliblərinin hər biri 250 min som alacaq. Komissiya tərəfindən üç uğurlu mətn və üç kompozisiya parlamentə təklif olunacaq.