Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıbbackend

Qızılın qiyməti 2%-dən çox artaraq tarixi rekordunu qıraraq 1 troya unsiyası üçün 3400 dolları ötüb. Bu barədə RİA Novosti məlumat yayıb.

Moskva vaxtı ilə saat 09:12-yə olan məlumata görə, Comex birjasında iyun ayı qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 72,04 dollar və ya 2,16% artaraq 1 troy unsiyası üçün 3 400,44 dollar olub.

Bundan əvvəl Comex-də qızılın qiyməti daha bir tarixi rekorda imza atmışdı. Nyu-Yorkun Comex birjasında qızılın qiyməti 2% artaraq 1 troy unsiyası üçün 3300 dollara çatıb. İyun qızıl fyuçerslərinin qiyməti 61,22 dollar (əvvəlki bağlanışdan +1,89%) artaraq troy unsiyası üçün 3301,62 dollara çatıb.