Real Madrid ulduzunu söydüyünə görə meydandan qovan hakim sosial şəbəkədə nifrətdən şikayətlənibbackend

İspaniya çempionatının “Osasuna” ilə oyununda “Real Madrid”in futbolçusu Jude Bellinqhemi kobud sözlər işlətdiyi üçün meydandan qovan hakim Xose Manuera azarkeşlərin çoxlu qəzəbli mesajlarından şikayətlənib.

Onun sözlərinə görə, günahkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq niyyətindədir, həmçinin bəzilərini böhtanda ittiham edərək medianı məhkəməyə verəcəyini vəd edib.

“Hakimlərə qarşı təzyiqlər aşkar oldu, bu dəfə əsas personaj mənəm. “Mən qəsdən və ya ehtiyatsızlıqdan yalan, çaşdırıcı və ya qərəzli məlumat yayanları cəzalandırmaq üçün mülki və cinayət məhkəmələrində mediaya qarşı iddialar qaldırmağı planlaşdırıram” dedi Manuera.

Bellinqhem matçın 39-cu dəqiqəsində hakimin ünvanına dediyi sözlərə görə meydandan qovulub. Görüş 1:1 hesabı ilə başa çatıb.