Respublika Perinatal Mərkəzində yanğın olub – FOTObackend

Respublika Perinatal Mərkəzində yanğın olub.

Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən yanğının qısa müddətdə söndürüldüyü bildirilib.

Qeyd olunur ki, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə gedib.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamaya görə, bir nəfər tüstüdən zəhərlənib:

“9 yanvar 2024-cü il saat 3:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən  Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri başa çatıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunublar.