İdmançı Polina Eskina idman vətəndaşlığını Rusiyadan İsrail vətəndaşlığına dəyişib.
Bu barədə məlumat Dünya Atletikasının rəsmi saytında yer alıb.
21 yaşlı idmançının profilindəki məlumat onun martın 27-dək Rusiyanı təmsil etdiyini göstərir. Martın 28-dən idmançı İsrail üçün yarışmaq hüququ qazanıb.
Tullanma üzrə ixtisaslaşan idmançı sonuncu dəfə 2021-ci ildə Rusiya yarışlarında çıxış edib, bundan sonra İsrailə köçüb və yerli yarışlarda iştirak edərək karyerasını orada davam etdirib. Onun uzunluğa tullanmada ən yaxşı nəticəsi 6,11 metr, üç təkanla tullanmada isə 13,20 m-dir.
Rusiya idmançıları 2022-ci ildən etibarən Dünya Atletikasının himayəsi altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.