Müğənni və aktrisa Selena Qomez plastik əməliyyatla bağlı şayiələrə cavab verib. Bu barədə Daily Mail məlumat yayıb.
Selena Qomez TikTok-da plastik cərrahın köməkçisi Marissa Barrionuevonun müğənninin dəyişdirilmiş xarici görünüşünü müzakirə etdiyi keçən ilki videoya diqqət çəkdi. Məşhur plastik əməliyyat etdirmədiyini deyib.
“Məndə botoks var. Hamısı budur. Məni rahat buraxın”, – aktrisa yazıb.
Mənbə: Akşam