Rusiya ilə Serbiya arasında sanksiyaların səbəb olduğu ticarət dövriyyəsinin azalması ilin sonunda sabitləşəcək.
RİA Novosti xəbər verir ki, bu fikri Serbiya hökumətinin naziri Nenad Popoviç Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinlə görüşündə deyib.
2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,2 milyard dollar təşkil edib, 2024-cü ildə isə 2,4 milyard dollara düşüb.
Serb nazirin sözlərinə görə, iki ölkə yeni texnologiyalar, rəqəmsallaşma, robot texnikası və əczaçılıq sahələrində əməkdaşlıq üçün böyük potensiala malikdir.