Opta superkompüteri iki İngiltərə komandasının, “Tottenhem” və “Mançester Yunayted”in üz-üzə gələcəyi 2024/25 Avropa Liqasının finalının favoritini müəyyənləşdirib.
Bu barədə Opta Sports sosial şəbəkələrində məlumat verilib.
“Tottenhem”in kuboku qazanmaq şansı 49,3%, “Mançester Yunayted”in isə 50,7% şansı var. Bu rəqəmlər finalın 10 000 simulyasiyasının aparılması nəticəsində əldə edilib.
“Tottenhem Hotspur” Norveç təmsilçisi “Bodo-Qlimt”i ümumi hesabda məğlub edib.