ABŞ Silahlı Qüvvələrinin Suriyadakı Xarab əl-Cir bazası raketlərlə vurulub. Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Müxbirlər qeyd ediblər ki, hələlik hücuma görə hansı tərəfin məsuliyyət daşıdığı barədə məlumat yoxdur. Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib.
Sentyabrın əvvəlində 30-dan çox maşından ibarət ABŞ hərbi karvanı Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağındakı Amerika bazasına gəlib.