Suriyadakı İŞİD yaraqlıları Trampın siyasətinə görə azad edilə bilərbackend

Suriyada İŞİD yaraqlıları ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın Suriyaya yardımını azaltdığına görə həbsdən azad oluna bilər.

Terrorla mübarizə üzrə ekspert Riçard Barret bu barədə The Guardian-a müsahibəsində bildirib.

Barret xatırladıb ki, Suriyanın şimal-şərqində doqquz minə qədər İŞİD yaraqlısı cəza çəkir. Eyni zamanda, qondarma kürd Suriya Demokratik Qüvvələrinin mühafizəsi altında saxlandıqları həbsxanaların maliyyələşdirilməsi əsasən Tramp tərəfindən bütün proqramları dayandırılmış USAID, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ayrılan vəsait hesabına təmin edilir.