Tesla Bitcoin səbəbiylə 140 milyon dollar itirdibackend

Avtomobil istehsalçısı Tesla 2021-ci ildə böyük Bitcoin sərmayəsi ilə diqqət çəkdi. Bununla belə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının cari məlumatlarına görə, Tesla 2022-ci ildə Bitcoin aktivlərində böyük itkilərə məruz qalıb.
Birja məlumatlarına görə, Tesla 2022-ci ildə Bitcoin aktivlərinin dəyərinin 204 milyon dollar azalması ilə üzləşib. Firma müvafiq dövr ərzində kriptovalyuta ticarətindən 64 milyon dollar gəlir əldə edib. Nəticədə 140 milyon dollar xalis itki oldu.

Mənbə: Techchurch

İctimai.az