Türkiyə növbəti dəfə silkələndi: 5.7 balbackend

Aralıq dənizinin Türkiyə sahillərində Marmaris bölgəsi yaxınlığında 5.7 bal gücündə zəlzələ baş verib.

“Milliyyet” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi informasiya yayıb.

Zəlzələ Marmarisdən 162 kilometr məsafədə yerin 12 kilometr dərinliyində qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) zəlzələnin 5.5 bal gücündə olduğunu açıqlayıb.

İctimai.az