Ukrayna zenit raketləri istehsal etməyi planlaşdırırbackend

Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında videomüraciətində bildirib ki, ölkə hakimiyyəti öz istehsalı olan zenit-raket komplekslərinin işə salınmasını müzakirə edir, bu məsələ ali baş komandanın qərargahında keçirilən iclasda qaldırılıb.

“Biz hava hücumundan müdafiəmiz və onun gələcək inkişafı, Ukraynada lazımi raketlərin tədarükü və istehsalı ilə bağlı bütün detalları müzakirə etdik.

Ukrayna hava qalxanı davamlı olaraq lazım olan hər şeylə təmin edilməlidir”, – deyə Ukrayna lideri bildirib.

Mənbə: Sputnik