Xabarovskda sahibsiz itlər sürüsü evsiz adamı öldürübbackend

Xabarovsk diyarı prokurorluğunun məlumatına görə, Xabarovsk şəhərinin Ayvazovski küçəsində sahibsiz itlər kişiyə hücum edib. Bu barədə RİA Novosti yazır.

Yoldan keçənlər zərərçəkənin köməyinə gəliblər. Onlar hadisə yerinə həkimləri çağırıblar. Təcili yardım maşınında olan həkimlər 38 yaşlı kişini xilas edə bilməyiblər.

Rayon prokurorluğu sahibsiz heyvanların saxlanmasına və tutulmasına cavabdeh olan vəzifəli şəxslərin işini yoxlayır və qiymətləndirir.

Mənbə: RİA Novosti