Yaponiyanın şimalında yağan güclü qar nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan biri sağ qalmayıb.
TASS xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib.
Yaponiyanın şimalında güclü qar fevralın 4-dən davam edir. Bəzi rayonlarda qarın sutkalıq həcmi 130 sm-i ötüb, 25 m/s-ə çatan küləklə müşayiət olunur.
Hava şəraiti Hokkaydo prefekturasının şimalındakı bir çox ərazilərdə avtomobil və dəmir yolu xidmətlərini dayandırıb, 130-dan çox daxili reys ləğv edilib.