Yaponiyada qasırğa səbəbindən 230-dan çox aviareys təxirə salınıbbackend

Yaponiyada “Şanşan” qasırğasının yaxınlaşması səbəbindən 230-dan çox reys təxirə salınıb. Bu barədə TASS hava limanları və aviaşirkətlərin monitorinq xidmətlərinin məlumatlarına istinadən yazır.

Qasırğanın avqustun 28-də səhər saatlarında Okinava prefekturasının adalarına yaxınlaşacağı, axşam isə cənub-qərbdəki Kyuşu adasını vuracağı gözlənilir.

Ən çox uçuşu ləğv edən Yaponiya Hava Yollarıdır. All Nippon Airways (ANA) avqustun 28-dən avqustun 30-dək 80 reysi ləğv edəcək.

Mənbə: TASS