Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında İlham Əliyev partiyanın ölkəmizin inkişafında rolunu yüksək qiymətləndirmişdirbackend

İlham Əliyevin sədrliyi ilə keçirilən 7-ci qurultayının keçirilməsindən 1 il ötür. Ölkə başçımız, Müzəffər Ali Baş Komanda, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sədrliyi ilə keçirilən qurultayda bir sıra vacib qərarlar qəbul edildi, partiya sədrimiz tərəfindən göstəriş və tövsiyələr verildi.
Qəbul edilən qərarlar və bu qərarlar əsasında qurultayın keçirilməsindən sonrakı müddət ərzində həyata keçirilən tədbirlər bir daha sübut edir ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının rolu danılmazdır.
Ötən əsrin son illiyi Azərbaycan üçün keçməkeçli, mürəkkəb bir dövr kimi tarixə həkk olundu. 90-cı illərin əvvəlində ölkədə olan qeyri-stabillik fonunda heç bir sabitlik və inkişafdan söz açmaq mümkün deyildi. Təsadüfi deyil ki, xalqın etimadını doğrultmayan hakimiyyəti təhvil verməyə məcbur olur və ya zor gücü göstərirdilər. Təbii ki, güclü Azərbaycan üçün əsl vətənpərvər, siyasi bacarıqları olan lider tələb olunurdu. Bu çətin, mürəkkəb dönəmdə ümummilli lider Heydər Əliyev bu məsuliyyəti boynuna götürdü. 1993-2003-cü illər aralığındakı 10 il ərzində Azərbaycanda nəinki stabillik əldə edildi, o cümlədən ölkəmizin inkişafı istiqamətində bir sıra mühüm işlər görüldü. Azərbaycan bir çox regional və beynəlxalq təşkilatlara qoşuldu, ikitərəfli və çoxtərəfli münasibətlər yaradıldı.
Ulu Öndər Heydər Əliyevin yolunu möhtərəm prezidentimiz İlham Əliyev layiqincə davam etdirməkdədir. Aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində ölkəmiz istər regionda, istərsə də dünyada aparıcı yer tutmaqdadır. Təsadüfi deyil ki, bu illər ərzində ölkəmiz bir sıra sahələrdə mühüm tədbirlər, konfranslar, yarışlar, müsabiqələrə layiqincə ev sahibliyi edib, Azərbaycanı sabit, təhlükəsiz və multikulturalst ölkə kimi bütün dünyaya tanıdıb.
Sözsüz ki, bu uğurların əldə edilməsində xalq-dövlət birliyinin rolu danılmazdır. 44 günlük tarixi Vətən müharibəsində düşməni darmadağın edən müzəffər Azərbaycan Ordusu xalqının və rəhbərinin diqqətini sona qədər hiss etdi.
Bu il 30 illiyini qeyd edən ölkənin ən aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 800 000 – ə yaxındır və onlar ölkəmizin sosial, siyasi, iqtosadi, mədəni inkişafında mühüm rol oynamaqdadırlar.
Ötən il keçirilən Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında İlham Əliyev partiyanın ölkəmizin inkişafında rolunu yüksək qiymətləndirmiş, lazımi tövsiyələrini çatdırmışdır. Qurultayda qəbul olunan qərarlar həm partiyanın, həm də ölkəmizin inkişafını tərənnüm edir.
Qurultayda qəbul edilən qərarların və qarşıya qoyulmuş hədəflərin reallaşması istiqamətində görülən işlərdə hər bir partiya üzvü aktiv fəaliyyət göstərərək partiyanın inkişafına dəstək olacaqdır. Dünənin, bugünün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası hər zaman ölkəmiz və regionun ən aparıcı siyasi təşkilatı olaraq uğurlar əldə edəcək, dövlətimizin inkişafına dəstəyini göstərəcəkdir.

Fuad Heydərli

Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının əməkdaşı.