Yeni Milli Məclislə bağlı 16 maraqlı faktbackend

İctimai.az “Marja”ya istinadən yeni Milli Məclislə bağlı 16 maraqlı faktı təqdim edir:

1. Yeni parlament 5 yaş cavanlaşdı. Orta yaş 59-dan 54-də düşdü.

2. 4 nəfər deputat yerdəyişmə etdi

3. 43 deputat növbəti dəfə deputat olmadı. Onların heç biri seçkidə namizəd kimi iştirak etmirdi.

4. 125 deputatdan 82-si, yəni 65.6%-i bundan öncə seçilmiş deputatlardır. Yəni Milli Məclis 34,4% yenilənir.

5. Seçilmiş ən gənc deputat Lökbatan bələdiyyəsinin Sədr müavini Xasayeva Səbinə Səməd qızıdır. Onun 26 yaşı var. Qeyd edək ki, onun seçildiyi, əvvəllər Zabelin Mixail Yureviçin deputat olduğu 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsində əsas rəqibi iqtisadçı Natiq Cəfərli idi.

6. Yeni seçilmiş deputatlardan 3-ü işsiz idi.

7. Onlardan yanlız 6-sı özəl təşkilatlarda çalışırdı.

8. Yerdə qalan 34 deputat dövlət və ya qeyri-dövlət təşkilatlarında çalışıblar.

9. Yeni seçilmiş deputatlardan 8-i və ya 18%-i qadındır. Buna baxmayaraq Milli Məclisin qadın təmsilçilərinin sayı 21-dən 22-yə yüksəldi.

10. Yeni Azərbaycan Partiyasının üzvü olan deputatların sayı 74-dən 72-yə endi.

11. Bitərəflərin sayı 39-dan 43-ə qalxdı.

12. Parlamentdə təmsil olunan partiyaların sayı 12-dən 9-a endi. Beləliklə, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası yeni parlamentdə təmsil olunmurlar.

13. YAP-dan sonra parlamentdə ən çox təmsil olunan partiya 3 deputat ilə Vətəndaş Həmrəyliyi Partiyasıdır. Onun Sədri Sabir Rüstəmxanlı bundan əvvəlki Milli Məclisin tərkibində yox idi.

14. Trend İnformasiya Agentliyi MMC-nin iki direktor müavini, Mikayılova Sevil Əlirazı qızı və Nağıyev Arzu Nəsib oğlu deputat seçiliblər.

15. Yeni Parlamentin 28 deputatı və ya 22.4%-inin yaşı 65 və ya daha yuxarıdır. 7 nəfər və ya 5.6%-i isə 35 və ya daha az yaşlıdır. Parlamentin ən qoca və ən cavan deputatı arasında 56 yaş fərq vardır.

16. Öncəki parlamentdə 48 deputat və ya 38.4% deputatların yaşı 65 və daha yuxarı idi.

İctimai.az