YR4 asteroidi Yerə gedərkən Aya çarpa bilər, lakin bunun ehtimalı təxminən 0,3% təşkil edir. Bu barədə “The Independent” NASA tədqiqatçısı Devid Rankinin hesablamalarına istinadən yazır.
Ehtimal edilir ki, asteroidin eni 90 m-ə qədər ola bilər. Üstəlik, asteroidin Yerə mümkün yaxınlaşması halında onun oksigenlə zəngin atmosferi sayəsində səthlə toqquşmanın nəticələri əhəmiyyətli dərəcədə azaldıla bilər.
Bundan əvvəl 2024 YR4 asteroidinin Yerlə birbaşa toqquşma ehtimalının iki dəfə artaraq 2,3%-ə çatdığı bildirilirdi.
Mənbə: Gazeta.ru