Ukrayna prezidenti Vladimir Zelenski fevralın 14-16-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.
Bu barədə Associated Press agentliyinə müsahibəsində Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak bildirib.
Tədbir zamanı Ukrayna nümayəndə heyəti Rusiya ilə münaqişəyə son qoyulması ilə bağlı mövqeyini, eləcə də davamlı sülhün necə əldə oluna biləcəyinə dair fikirlərini təqdim edəcək. Bundan əlavə, Münhendə keçirilən görüşdə Ukrayna gələcəkdə bu ölkəyə hücumun qarşısını almaq üçün hansı təhlükəsizlik təminatlarına ehtiyacı olduğunu müzakirə etməyə ümid edir.