X164 gövdəsindəki GL-Class SUV Mercedes-Benz avtomobilləri arasında ən etibarlısı oldu.
Bu barədə ekspertləri müxtəlif analitik şirkətlərin, o cümlədən J.D.Power və RepairPal-ın məlumatlarından istifadə edərək etibarlılıq, texniki xidmət, geri çağırma kampaniyaları və sahiblərin rəyləri ilə bağlı məlumatları təhlil edən HotCars portalı məlumat yayıb.
Təkrar bazarda alına bilən ən etibarlı Mercedes-Benz avtomobilləri siyahısında ikinci yeri Mercedes-Benz M-Class (W164) tutub. İlk üçlüyü Mercedes-Benz G-Class (W463) tamamlayıb.
Daha sonra Mercedes-Benz S-Class (W126), Mercedes-Benz W124, Mercedes-Benz S-Class (W140), Mercedes-Benz C-Class (W205), Mercedes-Benz C-Class (W204), Mercedes-Benz E-Class (W212) və Mercedes-Benz W123 gəlir.