ABŞ-da fırtına xəbərdarlığı fonunda son 10 ilin ən güclü qar yağacağını gözləyir.
Bu barədə CNN məlumat yayıb.
Belə ki, Vaşinqtonda qarın qalınlığının 15-25 sm olacağı gözlənilir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) “Bəzi ərazilər üçün bu, on ildən çox müddətdə ən güclü qar yağışı ola bilər” dedi.
Sinoptiklərin proqnozlarına görə, qar fırtınası zonasında 70 milyondan çox insan olacaq. Küləyin sürətinin 80 km/saat olacağı gözlənilir.