2022-ci ildən bəri ABŞ Rusiyadan maksimum sayda təyyarə komponentləri alıb.
Bu barədə “RİA Novosti” ABŞ gömrük orqanlarının məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, noyabrın sonunda belə hissələrin alışının həcmi 7,6 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin fevralından bəri ən yüksək aylıq göstəricidir. İdxal 1,6 dəfə artıb.
Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında komponent tədarükünün həcmi 31,4 milyon dollara çatıb ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə (30,6 milyon dollar) demək olar ki, bir milyon çoxdur. Noyabrda şassilər və onların komponentləri (6,97 milyon dollar), eləcə də təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatları üçün müxtəlif hissələr (586,1 min dollar) amerikalı alıcılar arasında xüsusilə yüksək tələbata malik olub.
Eyni zamanda, ABŞ üçün əsas təchizatçılar Böyük Britaniya (281 milyon dollar), Fransa (195 milyon dollar) və Kanada (146 milyon dollar) qalıb.