Kot-d’ivuarlıların vətənində keçirilən Afrika Millətlər Kubokunun yarımfinalında Fil Dişi Milli Futbol Komandası Konqo Demokratik Respublikası millisini məğlub edib.
Görüş 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu Sebastyen Haller vurub.
Fevralın 11-də keçiriləcək turnirin əsas oyununda Kot-d’İvuar yarımfinal matçında Cənubi Afrikaya qalib gələn Nigeriya ilə qarşılaşacaq. Əsas və əlavə vaxtda oyun 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında nigeriyalılar daha güclü olub (4:2).
Mənbə: TRT Spor