Los Alamos Milli Laboratoriyasından və texnologiya şirkəti Tau Zero Foundation-dan olan amerikalı alimlər ulduzlararası səyahəti sürətləndirmək üçün innovativ üsul təklif ediblər. Onlar elektron şüadan istifadə edərək kosmik gəmilərin sürətləndirilməsi texnologiyasını təsvir etdilər. Tədqiqat Acta Astronautica (ActAstro) elmi jurnalında dərc olunub.
Layihənin müəlliflərinin fikrincə, mövcud raket mühərrikləri ultra uzun məsafələrə kosmos səyahəti üçün uyğun deyil. Məsələn, mövcud avadanlıqdan istifadə etməklə Yerdən 4,3 işıq ili uzaqlıqda yerləşən ən yaxın ulduz sistemi Alpha Kentavrına uçuş təxminən 70 min il çəkəcək.
Alimlər gəmiləri sürətləndirmək üçün fokuslanmış elektron axınından istifadə etməyi təklif edirlər, çünki onlar asanlıqla relativistik (işığa yaxın) sürətlərə qədər sürətləndirilə bilər.
Mənbə: ActAstro