Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ 2025-ci il üçün istehsal planına düzəlişlər edəcək.
Bu barədə TASS-a şirkətin baş direktoru Maksim Sokolov məlumat verib.
“[AvtoVAZ-ın istehsal planının azaldılması] tamamilə göz qabağındadır və məntiqlidir. Hələlik biz istehsal həcmini bazarın azalmasının ümumi faizindən bir qədər az azaltmağı planlaşdırırıq. Bizdə bütövlükdə minik avtomobillərinin satışı baxımından bazarda 30-35% azalma var”, – o bildirib.
Bundan əvvəl “Kommersant” rus dilerlərinin yeni Çin avtomobillərini bir milyon rubla qədər endirimlə satmağa başladığını yazmışdı.