Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev ötən həftəsonu insult keçirib.
Bu barədə AZƏRTAC-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilir.
Onun vəziyyətinin sabit olduğu və yaxın vaxtlarda palataya köçürüləcəyi bildirilib.