Azərbaycanda oğurlanan 15 yaşlı qız ailəsinə təhvil verildibackend

Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

O bildirib ki, noyabr ayının 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz Rayon Polis Şöbəsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini, 2007-ci il təvəllüdlü A.Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü E.Mehdiyev ilə görüşüb və könüllü şəkildə qaçıblar.

Polis əməkdaşları onların yerini müəyyən edərək gənc qızı valideynlərinə təhvil veriblər.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.