Bakı-Sumqayıt yolunda avtomobil aşıbbackend

Bakı-Sumqayıt yolunda avtomobil aşıb.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib.

Nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alanlar var.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları və təcili tibbi yardım briqası cəlb edilib.

Qəza səbəbindən yolda sıxlıq yaranıb.