“Barselona” La Liqada ikinci pilləyə yüksəlmək şansından yararlana bilməyibbackend

İspaniya çempionatının 27-ci turunda “Atletik Bilbao” ilə qarşılaşan “Barselona” 0:0 hesabı ilə heç-heçə edib.

Beləliklə, bu mövsüm İspaniya çempionatının 27 turundan sonra “Barselona” 58 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. İkinci olan “Jirona” ilə xal fərqi 1 xala qədər azalıb. Real Madrid 66 xalla turnir cədvəlinə başçılıq etməkdə davam edir. Bu turda “Los Blancos” “Valensiya” ilə 2:2 bərabərə qalıb. “Atletik” 50 xalla 5-ci yerdədir.

Qeyd edək ki, “Atletik”lə görüş zamanı “Barselona” zədə səbəbindən iki futbolçusunu itirib. Əvvəlcə De Yonq topuğundan zədə alıb. Yarımmüdafiəçi meydanı elektromobillə tərk edib. Pedri ötürmə zamanı əzələsindən zədə alıb.

Mənbə: TRT Spor