Belarus Vatikanda səfirlik açacaqbackend

Belarus gələn il Vatikanda səfirliyini açacaq.

Bu barədə ölkənin milli hüquqi internet portalında dərc olunan hökumətin qərarında bildirilir.

Sənəddə deyilir ki, Belarusun Müqəddəs Taxt-tacdakı səfirliyi 2025-ci il sentyabrın 1-dək açıq olacaq. Qərara əsasən, Maliyyə Nazirliyi xarici ölkələrdə səfirlik və konsulluqların açılması və saxlanması üçün dövlət büdcəsində Xarici İşlər Nazirliyi üçün nəzərdə tutulmuş vəsait həddində diplomatik nümayəndəliyin açılması və saxlanması xərclərini maliyyələşdirməlidir.