Belçikada ümummilli tətil başlayıbbackend

Belçikada ümummilli tətil səbəbiylə nəqliyyat xidmətlərində böyük fasilələrin olacağı gözlənilir.

Bu barədə RİA Novosti məlumat yayıb.

Tətildə Brüssel Beynəlxalq Hava Limanının texniki xidməti və təhlükəsizliyi ilə məşğul olan əməkdaşları iştirak edəcək. Bu səbəbdən əhəmiyyətli sayda reyslər təxirə salınacaq və ya ləğv ediləcək.

Dəmiryolçular, şəhər avtobusları və tramvay sürücüləri, metro işçiləri tətildə iştirak etmək niyyətlərini açıqlayıblar.

Dekabrın əvvəlində Almaniyada 70 minə yaxın Volkswagen işçisi ölkədəki fabriklərin bağlanmasına qarşı tətilə çıxıb.