ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəyə qoşulmağa Kanadanı deyil, Britaniyanı dəvət etməlidir.
Bu barədə “Teleqraf” qəzeti yazır.
“Trampın Kanadanın 51-ci ştat kimi Amerika İttifaqına daxil olması ilə bağlı (yarı) zarafat təklifi kimi bir sövdələşmə əldə etsək, bəxtimiz gətirəcək”, – nəşr bildirib.
Materialın müəllifi əmindir ki, hazırda Vaşinqtonla London arasındakı münasibətlər metropoliya ilə dominion arasındakı münasibətlərə bənzəyir.
Dekabrın 3-də Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı onu hədələyib ki, əgər ölkə qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll etməsə, Kanada Amerika dövlətinə çevrilə bilər.