Çin təyyarələri və gəmiləri Tayvana yaxınlaşırbackend

Çin Xalq Azadlıq Ordusunun 19 təyyarəsi və 5 gəmisi Tayvana yaxınlaşıb.

Bu barədə Tayvan Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Hərbçilərin məlumatına görə, adanın yaxınlığında 19 təyyarə, beş hərbi gəmi və üç mülki gəmi aşkar edilib. 19 təyyarədən 11-i Tayvan boğazı üzərindən median xətti keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub.

Tayvan Müdafiə Nazirliyi vəziyyətin monitorinqini apardığını və buna uyğun reaksiya verdiyini qeyd edib.