Müğənni Dua Lipa sevgilisi, aktyor Kallum Törnerlə Parisdə görüntülənib.
Fotolar Daily Mail saytında dərc olunub.
Paparassilər Dua Lipa və Kalum Törneri Eyfel qülləsi yaxınlığında yaxalayıblar. Aktyor və müğənni hisslərini ictimaiyyət qarşısında göstərməkdən çəkinmirdilər: rəqs etdilər, qucaqlaşdılar və öpüşdülər. Pop müğənnisi uzun qara dəri palto, tayt və dikdaban çəkmə geyinib. Sənətçi qara dəri bomber gödəkçə, ağ köynək, mavi cins şalvar və çəkmə seçib.
Dekabrın 27-də məlum olub ki, Kallum Törner bir illik görüşdən sonra müğənni Dua Lipaya evlilik təklif edib. Cütlüyün dostları “The Sun”a bildiriblər ki, məşhurlar sakitcə nişanlanıb və Yeni il gecəsi tədbiri sevdikləri ilə qeyd etməyi planlaşdırıblar.