Avropa Birliyinin baş diplomatı Kaja Kallas ABŞ prezidenti Donald Trampla tərəfdaşlığa ümid etməməlidir.
Finlandiyalı politoloq və Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsindəki səhifəsində belə deyib.
O, Kallasın Trampı rəsmi inauqurasiyası münasibətilə təbrik edən mesajını belə şərh edib. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi orada transatlantik əlaqələrin həm Avropaya, həm də Amerikaya firavanlıq və güc gətirdiyini vurğulayıb. Kallas həmçinin Brüssel və Vaşinqton arasında tərəfdaşlığın davam edəcəyinə ümid etdiyini bildirib.
Malinen Trampın Kallası “tamamilə sakitləşdirəcəyinə” ümid etdiyini bildirib.