“Formula 1” İspaniya Qran-prisinin qalibi bəlli oldubackend

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə İspaniya Qran-prisinin qalibi olub.

Qeyd edək ki, yarış Barselona-Katalonya dairəsində keçirilib.

“McLaren”in britaniyalı pilotu Lando Norris ikinci yeri tutub. Üçüncü yeri “Mercedes” komandasından britaniyalı Lüis Hemilton tutub.

Qeyd edək ki, bu ilin 13-15 sentyabr tarixlərində Bakıda növbəti Qran-pri keçiriləcək.