Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildiyi məlum olub.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, sözügedən deportasiya prosesi gecə saatlarında reallaşdırılıb.
Bildirilir ki, G.Hacıbəyli hazırkı mərhələdə istintaqa cəlb edilməyib və onun barəsində seçilmiş hər hansı qətimkan tədbiri mövcud deyil.
Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə yazılıb.















