Hədiyyə qərənfil və qumbara göndərən şəxs saxlanılıbbackend

Nəsimi rayonunda mənzillərdən birinə bir ədəd “F-1” markalı qumbara və bir ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı əl qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.