Yapon avtomobil istehsalçısı Honda Nissan-a Honda-nın törəmə şirkəti olmağı təklif edib, Kyodo xəbər agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, “Bu, onların holdinq şirkəti altında birləşmək üçün hazırkı planında böyük dəyişiklik olardı”.
2024-cü ilin dekabrında avtomobil istehsalçıları 2026-cı ilə qədər holdinqlə birləşmə danışıqlarına başlamağa razılaşdıqlarını bildirdilər. Güman edilirdi ki, yeni şirkət daxilində Honda və Nissan öz brendləri altında fəaliyyət göstərəcəklər.