İran 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 reysinin vurulması ilə bağlı məhkəmə prosesində ilkin etirazlarını bildirib. Bu barədə TASS məhkəmənin press-relizinə istinadən məlumat yayıb.
Sənədə əsasən, İran tərəfi məhkəmənin yurisdiksiyasına və Böyük Britaniya, Kanada, İsveç və Ukraynanın irəli sürdüyü iddianın qəbul edilməsinə etiraz edir.
Baş hakimin müavini və prezident səlahiyyətlərini icra edən Julia Sebutinde iddiaçıların ilkin etirazlarda göstərilən arqumentlərə yazılı cavab verməsi üçün son tarix kimi mayın 16-nı təyin edib. Məhkəmənin qaydalarına uyğun olaraq, bu etirazlara baxılana qədər mahiyyəti üzrə məhkəmə baxışı dayandırılır.
Mənbə: TASS