Kanadanın Sakit okean sahilindəki çimərlikdə əldəqayırma partlayıcı qurğu aşkar edilərək məhv edilib.
Bu barədə Kanadanın CTV telekanalı məlumat yayıb.
Bomba Britaniya Kolumbiyası, Kamlups çimərliyində tapılıb.
Hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər partlayıcı qurğunu məhv ediblər.
Kral Atlı Polisi hadisə ilə bağlı bütün şərtlərlə bağlı araşdırmalara başlayıb.