Kiyev yaxınlığında genişmiqyaslı yanğın baş veribbackend

Kiyev yaxınlığında genişmiqyaslı yanğın baş verib. Bu barədə Ukraynanın “Obozrevatel” nəşri öz Telegram kanalında məlumat yayıb.

İlkin məlumata görə, Ukrayna paytaxtının cənub-şərqində, onun sol sahil hissəsində yerləşən Osokorki yaşayış massivi yanır. Hadisə şahidləri səmada alov və qara tüstüdən danışıblar. Onların sözlərinə görə, yol olmadığından yanğını söndürmək mümkün deyil.

Nəşrin hesabatında qeyd edildiyi kimi, şəhərin Darnitski rayonunun sakinlərinə “tüstü iyi gəlmə ehtimalı olduğundan” pəncərələri bağlamaq tövsiyə olunub.

Mənbə: A Haber