Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından üç nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 339 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib. 2 861 nəfər aktiv xəstə sayını təşkil edib.