Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 337 yeni yoluxma faktı qeydə alınıb, 442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan altı nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 804 557 nəfər müalicə olunaraq sağalıb, 9 849 nəfər vəfat edib, aktiv xəstə sayı 2 916 nəfərdir.

Ölkədə son sutka ərzində 3 159, hazırkı dövrədək isə 7 187 798 test aparılıb.