London ukraynalı pilotlara F-16-ları idarə etməyə hazırlaşdırırbackend

Böyük Britaniyada təxminən iyirmi ukraynalı pilot Amerika istehsalı olan F-16 qırıcıları üzərində təlimin birinci mərhələsinə başlayacaq.

Bu barədə Amerikanın “Foreign Policy” jurnalı Britaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına görə, ilk olaraq ukraynalı pilotlar ilkin yerüstü təlim keçəcəklər. Belə təlimdən sonra Ukraynadan olan pilotlar F-16 qırıcıları və digər Qərb döyüş təyyarələrinin uçması üzrə daha ixtisaslaşdırılmış dərslərə hazırlanacaqlar.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunakanın sözçüsü bildirmişdi ki, Britaniya hökuməti Ukraynaya operativ şəkildə hərbi dəstək vermək və onu döyüş təyyarələri ilə təmin etmək niyyətindədir. Böyük Britaniya Avropa müttəfiqləri ilə birlikdə bu koalisiyanın bir hissəsi olacaq. Qeyd olunur ki, Britaniyanın Ukraynaya lazımi hərbi yardımı “mümkün qədər tez” göstərməsi vacibdir.

Mənbə: BBC